Osimhen sıradan çıxdı Fənərbağça ilə derbini buraxacaq?

17.11.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

"Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhen Dünya Çempionatının Afrika seçmə mərhələsində Konqo ilə pley-off mərhələsinin finalında topuq nahiyəsindən zərbə alıb. 

Fanat.Az xəbər verir ki, 26 yaşlı forvard oyunu davam etdirə bilməyərək fasilədə əvəzlənib.

İlkin yoxlamalardan sonra onun 1-2 həftə yaşıl meydanlardan uzaq qalacağı məlum olub. Forvardın "Fənərbağça" ilə 1 dekabrda baş tutacaq derbidə oynayıb-oynamayacağı qeyri-müəyyəndir.

Qeyd edək ki, Nigeriya ilə Konqo arasında oyunun əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq olan Konqo Demokratik Respublikası qitələrarası plef-off matçında iştirak etmək hüququ qazanıb.

Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 12 oyunda 9 qol vurub.

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью