Osimhen transferi yekunlaşdı

18.07.2025

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qalatasaray" Viktor Osimheni transfer etmək üzrədir.

Metbuat.az xəbər verir ki, "Qalatasaray" və “Napoli” arasındakı danışıqlar məhsuldar keçib. İddialara görə, tərəflər 75 milyon avroya razılığa gəliblər. İddia edilir ki, tərəflər transfer sənədlərinin imzalanması üçün prosedurları tamamlamaq üzrədir.

Qeyd edək ki, ötən mövsüm icarə əsasında "Qalatasaray"da çıxış edən Viktor Osimhen 41 matçda iştirak edib. Futbolçu bu matçlarda 37 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью