Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Qalatasaray"ın Viktor Osimhen üçün irəli sürdüyü təklifin detalları məlum olub.
Metbuat.az xəbər verir ki, "Qalatasaray" futbolçu üçün "Napoli"yə 55 milyon avro təklif edib. Bu təklifin 5 milyon avrosu bonuslardan ibarətdir. Fabrizio Romanonun sözlərinə görə, “Napoli” bu təklifi qəbul etməyib və daha çox məbləğ tələb edib. Romano Osimhenin "Qalatasaray"a keçməyə maraqlı olduğunu bildirsə də, bu transferin reallaşması klubların razılığından asılıdır.
Digər tərəfdən, Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal” oyunçunun müqaviləsindəki 75 milyon avro sərbəst qalma məbləğini ödəməyə razılıq verib. Bununla belə, “Əl-Hilal” futbolçu ilə razılığa gələ bilməyib.