Osimhen üçün 120 milyon avroluq təklif

11.06.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

"Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhen üçün Avropanın nəhəng klublarından birinin rekord məbləğdə təklif göndərdiyi iddia olunur.

Milli.Az xəbər verir ki, "Atletiko Madrid" nigeriyalı forvardın transferi üçün "Qalatasaray"a 120 milyon avro təklif edib. Bu məbləğin Türkiyə futbolu tarixinin ən böyük transferlərindən biri ola biləcəyi bildirilir.  

Lakin klub rəhbərliyi təklifə mənfi cavab verib və futbolçunu satmağı düşünmədiyini qarşı tərəfə çatdırıb.  

Hazırda bazar dəyəri 75 milyon avro olan futbolçunun "Qalatasaray"la uzunmüddətli müqaviləsi var. (Offsideplus.az)

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью