Osimhen üçün 120 milyon avroluq təklif

12.06.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

"Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhen üçün Avropanın nəhəng klublarından birinin rekord məbləğdə təklif göndərdiyi iddia olunur.

Bakıvaxtı.az xəbər verir ki, "Atletiko Madrid" nigeriyalı forvardın transferi üçün "Qalatasaray"a 120 milyon avro təklif edib. Bu məbləğin Türkiyə futbolu tarixinin ən böyük transferlərindən biri ola biləcəyi bildirilir.  

Lakin klub rəhbərliyi təklifə mənfi cavab verib və futbolçunu satmağı düşünmədiyini qarşı tərəfə çatdırıb.  

Hazırda bazar dəyəri 75 milyon avro olan futbolçunun "Qalatasaray"la uzunmüddətli müqaviləsi var. (Offsideplus.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью