Osimhen üçün Bundesliqadan böyük təklif

04.03.2026

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qalatasaray”ın ulduz futbolçusu Viktor Osimhenə Avropadan daha bir təklif var.

Teleqraf “Fotomaç”a istinadən xəbər verir ki, nigeriyalı hücumçu ilə Almaniya nəhəngi "Bavariya" maraqlanır.

Münhen klubu Harri Keynlə yolları ayırmaq ehtimalını nəzərdən keçirir və onun yerinə elit səviyyəli “9 nömrə” axtarır.

Osimhen Səudiyyə Ərəbistanı klublarının təkliflərini rədd edərək Avropanın böyük klublarında çıxış etmək niyyətindədir. “Qalatasaray” isə komandanın əsas qol silahı olan hücumçunu buraxmaq niyyətində deyil.

Transfermarkt portalının məlumatına görə, 27 yaşlı futbolçunun bazar dəyəri 75 milyon avrodur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью