Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qalatasaray”ın transfer etmək istədiyi Viktor Osimhen “Əl Hilal”ın təklifini rədd edib.
Metbuat.az xəbər verir ki, klub futbolçuya 26 milyon məvacib təklif edib. Osimhen isə təklifi rədd edib.
Məlumata görə, “Əl Hilal” futbolçu üçün “Napoli” klubuna da 65 milyon avro və 5 milyon avro bonus təklif edib.
İddialara görə, "Napoli" də “Əl Hilal”ın təklifini rədd edib.
Qeyd edək ki, bundan əvvəl Viktor Osimhenin “Əl Hilal”la razılığa gəldiyinə dair iddialar dərc edilmişdi.
“Napoli”nin futbolçu üçün 75 milyon avro tələb etdiyi iddia edilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.