Osimhendən tarixi rekord

15.05.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen Türkiyə futbolu tarixinin rekorduna imza atıb.

QOL.az xəbər verir ki, o, buna ölkə kubokunun finalında "Trabzonspor"la matçda nail olub. Nigeriyalı forvard görüşdə dubl edib. Nəticədə Osimhen cari mövsüm "Qalatasaray"ın heyətində vurduğu qolların sayını 35-ə çatdırıb. 

Bununla da o, Türkiyə futbolu tarixində 1 mövsümdə ən çox qol vuran legioner adını qazanıb. Əvvəlki rekord isə "Qalatasaray"ın sabiq futbolçusu Mario Jardelə məxsus idi - 34 qol.

Qeyd edək ki, müqavilə ilə "Napoli"yə məxsus olan Osimhen ötən ilin yayından icarə əsasında İstanbul təmsilçisində oynayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью