Osimhenə Zirə forması hədiyyə edildi VİDEO

21.03.2025

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünya çempioatının Afrika qitəsi üzrə seçmə mərhələsi çərçivəsində Nigeriya millisi səfərdə Ruanda millisi ilə üz-üzə gəlib.

Sportal.az xəbər verir ki, "Zirə"nin futbolçusu Anje Mutsinzinin də çıxış etdiyi Ruanda yığması 0:2 hesablı məğlubiyyətə uğrayıb. Oyundan sonra Mutsinzi Nigeriya millisinin hücumçusu Viktor Osimhenə "Zirə" forması hədiyyə edib. Qarşılığında isə Osimhen "Qalatasaray" formasını ona verib.

Qeyd edək ki, 5 turdan sonra C qrupunda Ruanda millisi 7 xalla 3-cü, Nigeriya isə 6 xalla 4-cü pillədə qərarlaşıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью