Osimhenə “Zirə”nin forması hədiyyə olundu Şəkil

22.03.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Zirə”nin müdafiəçisi Ange Mutsinzi "Qalatasaray"ın futbolçusu Viktor Osimhenə klubun formasını hədiyyə edib.

QOL.az xəbər verir ki, Ruanda millisinin üzvü DÇ-2026-nın seçmə mərhələsində dünən Nigeriyaya 0:2 hesabı ilə uduzduqları oyundan sonra rəqib futbolçusu ilə görüşüb.  Mutsinzi Viktor Osimhenə "Zirə"nin forması, "Qalatasaray"da çıxış edən rəqibi isə ona İstanbul klubunun formasını verib.

Xatırladaq ki, Osihmenin dublu ilə Nigeriyanın qalib gəldiyi matçda Mutsinzi start heyətdə meydana çıxıb və sona qədər oynayıb. "Səbail"in hücumçusu İnnosent Nşuti Ruanda millisinin heyətində 82-ci dəqiqədə meydana daxil olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью