Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qalatasaray”ın hücumçusu Viktor Osimhen karyerasını İspaniyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, nigeriyalı hücumçu menecerlər vasitəsilə “Atletiko”ya təklif olunub. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Osimhenin “Qalatasaray”dan ayrılmaq istədiyi bildirilib.
“Atletiko” oyunçu ilə bağlı hələ qərarını verməyib. Klub hücumçusu Yulian Alvaresin satılacağı halda, Osimhen üçün hərəkətə keçəcək.
Viktor 2024-cü ildən “Qalatasaray”ın formasını geyinir. O, “sarı-qırmızılar”da 52 oyunda 41 qol vurub.