Osimhenin Qalatasaray dan tələb etdiyi pul bəlli oldu FANTASTİK MƏBLƏĞ

02.06.2025

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

"Qalatasaray"ın komandada saxlamaq istədiyi Viktor Osimhenin yeni müqavilə tələbləri diqqət çəkib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "Napoli"dən icarəyə verilən və mövsümə damğasını vuran nigeriyalı hücumçunun qırmızı-sarı komandadan 5 illik müqavilə və illik 20 milyon avro maaş tələb etdiyi iddia edilib.

Hasan Şaş açıqlamasında 26 yaşlı hücumçunun "Qalatasaray"dan 5 illik müqavilə və illik 20 milyon avro maaş istədiyini təsdiqləyib.

Bununla yanaşı "Qalatasaray" Osimheni transfer haqqı ilə heyətinə qatmaq üçün "Napoli"yə 75 milyon avro ödəməlidir.

Gülay

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью