Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Orta Dəhlizdə rəqabət qabiliyyətinin yüksəldilməsi üçün nəqliyyat vasitələrinin hərəkət sürətinin artırılması və infrastrukturun modernləşdirilməsi əsas prioritetlərdən biridir.
Bu barədə “Report”a açıqlamasında Beynəlxalq Dəmir Yolu Əməkdaşlıq Təşkilatının (OSJD) prezidenti Miroslav Antonoviç deyib.
M.Antonoviç qeyd edib ki, "Azərbaycanın Dəmir Yolları" Orta Dəhlizin əsas hissələrindən biri olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun inkişafında mühüm rol oynayır: “Bu dəhliz Asiya ilə Avropa arasında yükdaşıma prosesini sürətləndirmək və asanlaşdırmaq baxımından strateji əhəmiyyət daşıyır.
Rəqabət qabiliyyətini artırmaq üçün nəqliyyat vasitələrinin sürətinin artırılması və infrastrukturun modernləşdirilməsi əsas vəzifələrdəndir”.
OSJD rəhbəri vurğulayıb ki, son görüşlərdə gömrük və nəzarət prosedurlarının sadələşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və “bir pəncərə” sistemi kimi yeniliklər müzakirə olunub.
“Bu addımlar Orta Dəhlizdə əməliyyatların daha sürətli və effektiv həyata keçirilməsinə, xərclərin optimallaşdırılmasına şərait yaradacaq.
Bundan əlavə, Azərbaycanın dəmir yollarında alternativ enerji mənbələrinin tətbiqi və 4G, 5G kimi yeni texnologiyaların istifadəsi də gündəmdədir.