Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çilili rejissor Sebastyan Lelio vəfat edib.
Modern.az xəbər verir ki, bir çox filmin müəllifi olan, 2018-ci ildə “Ən yaxşı beynəlxalq film” nominasiyasında “Oskar” mükafatına layiq görülmüş rejissor 52 yaşında dünyasını dəyişib.
Lelionun Santyaqodakı evində meyitinin aşkarlandığı bildirilir.
Rejissorun sevgilisi, aktrisa Amaliya Kassai acı xəbəri “Instagram” hesabında paylaşdığı açıqlama ilə ictimaiyyətə çatdırıb.
Açıqlamada bildirilib:
“Sebastyan Lelionun səhhətindəki problemlər səbəbindən vəfat etdiyini böyük kədərlə bildiririk. Dərin hüzn içindəyik. Onun xatirəsi əbədi olaraq bizimlə yaşayacaq”.
Sebastyan Lelio daha çox 2018-ci ildə “Ən yaxşı beynəlxalq film” nominasiyasında “Oskar” mükafatına layiq görülən “A Fantastic Woman” filmi ilə tanınıb.
Argentinada dünyaya gələn Lelio iki yaşında ailəsi ilə birlikdə Çiliyə köçüb. Əvvəlcə jurnalistika təhsili alan rejissor daha sonra Çili Kino Məktəbinə daxil olub.
Ünlü rejissor Culianna Mur, Reyçel Vays və Florens Pyu kimi tanınmış aktrisalarla işləyib. Onun rejissorluq etdiyi ekran əsərləri arasında “The Year of the Tiger”, “Gloria”, “The Wave” və “Disobedience” filmləri də var.