Oskar Bobb “Mançester Siti”dən ayrılmağa yaxındır

28.12.2025

Icma.az, Fanat saytına istinadən bildirir.

“Mançester Siti”nin gənc futbolçusu Oskar Bobb klubdan ayrılmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, norveçli yarımmüdafiəçi əsas heyətdə müntəzəm şans qazana bilmədiyi üçün komandadan getmək niyyətindədir.

Məlumata görə, futbolçu daha çox oynaya biləcəyi kluba keçmək istəyir.

Oskar Bobbla Almaniyanın “Borussiya Dortmund” klubu yaxından maraqlanır. Bundesliqa təmsilçisinin yaxın vaxtlarda rəsmi addım atacağı istisna edilmir.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью