Oskar mərasimini izləyənlərin sayı azalıb

05.03.2025

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

"ABC" və "Hulu" kanallarında 2025-ci il "Oskar" mərasimini 2024-cü illə müqayisədə 7% az izləyici izləyib.

Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Bildirilir ki, ümumilikdə, mükafatlandırma mərasiminin yayımını 18,1 milyondan az adam izləyib. Bu, “Oskar”a baxanların sayının son dörd ildə ilk dəfə azalmasıdır.

Bundan əlavə, 18-49 yaşlı tamaşaçıların sayı əvvəlki mərasimlə müqayisədə 3% artıb.

"Hulu" platformasında isə yayım texniki problemlərə görə kəsilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью