Oskar mükafatına namizədi həbs ediblər

02.02.2026

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.

Oskar mükafatına namizəd və “Bu, sadəcə bir qəza idi” filminin həmmüəllifi olan ssenarist Mehdi Mahmudian İranda həbs edilib.

Reyting.az xəbər verir ki, bu barədə “İnsan Hüquqları Fəaliyyətçiləri Xəbər Agentliyi” məlumat yayıb.

Onun həbsinə səbəb kütləvi etirazların yatırılması zamanı İran hakimiyyətinin hərəkətlərini kəskin tənqid edən açıq məktubu imzalamasıdır.

Mahmudian İranın ali lideri Ayətullah Əli Xamnəini minlərlə etirazçının ölümü və kütləvi həbslərinə görə açıq şəkildə günahlandıran 17 tanınmış vəkil, sənətçi və ictimai fəal arasında olub.

İnsan hüquqları fəallarının məlumatına görə, Mahmudianın və digər saxlanılanların yeri hələ də məlum deyil. İran hakimiyyəti rəsmi olaraq vəziyyətlə bağlı şərh verməyib və ya onlara qarşı irəli sürülən konkret ittihamları açıqlamayıb.

“New York Times” qəzetinin məlumatına görə, insan haqları fəalı Mehdi Mahmudian dəfələrlə həbs olunub.

V. QULİYEV


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью