Oskar mükafatlı tanınmış aktyordan Trampa sərt tənqid

16.06.2026

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Oskar mükafatlı aktyor Robert De Niro Nyu-Yorkda keçirilən “Rise Up” gecəsində Donald Trampın son çıxışlarını kəskin şəkildə tənqid edib.

"Euronews" xəbər verir ki, kino əfsanəsi Trampın xalqa yönəlik bəyanatlarına cavab olaraq özünün baş rolda oynadığı 1988-ci il istehsalı “Midnight Run” filmindəki məşhur “Shut the fuck up” replikası ilə eyham vurub.

Tədbir iştirakçıları tərəfindən şüar kimi təkrarlanan bu ifadədən sonra aktyor, ABŞ-ın hazırkı siyasi vəziyyətini şiddət görən bir qadının hekayəsinə bənzədib.

De Niro Trampın və komandasının idarə etdiyi bir ölkəni sevə bilmədiyini vurğulayaraq, real və ədalətli bir Amerikanı geri istədiyini bəyan edib.

Gələcəyin xəritəsini çəkən filosof - O, KQB agenti idi? Kiçik qardaşıma - Hvanq Sokyonqun hekayəsi "Atalar və oğullar" problemi həmişə oğulların lehinə həll edilmir... - Tanınmış alim xatirələrində nə yazırdı?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью