Oskar namizədlərinin açıqlanma tarixi dəyişdirildi

09.01.2025

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Amerika Film Sənətləri Akademiyası "Oskar 2025"-ə namizədlərin siyahısının açıqlanmasını yanvarın 17-dən 19-na keçirib.

Kulis.az xəbər verir ki, akademiya bu addımı Los-Ancelesdəki yanğınlar səbəbindən atıb.

Akademiyanın direktoru Bill Kramerin məktubunda deyilir: "Kaliforniya yanğınlarından ziyan çəkən hamıya dərin hüznlə təəssüfümüzü bildiririk. Akademiyamızın bir çox üzvü, həmkarlarımız Los-Ancelesdə yaşayır. Biz sizdən narahatıq..."

Qeyd edək ki, 97-ci "Oskar"ın mükafatlandırma mərasimi 2025-ci il martın 2-si Konan O`Brayerin aparıcılığı ilə keçiriləcək.

Ferdi Tayfurun son arzusu nə olub? - Dostu açıqladı Vüqar Vanın yeni kitabı çap olundu Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью