Oskar Piastri Formula1 üzrə Azərbaycan Qranprisini digərlərindən fərqləndirib

17.12.2024

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Formula-1" üzrə dünya çempionatında çıxış edən "McLaren" komandasının pilotu Oskar Piastri başa çatan mövsümdə Azərbaycan və Macarıstan Qran-prilərinin onun üçün xüsusi olduğunu bildirib.

Oxu.Az xəbər verir ki, avstraliyalı sürücü bu barədə "Race Fans"a açıqlama verib.

Piastri Monako, Montsa (İtaliya) və Spadakı (Belçika) yarışları da xüsusi qeyd edib:

"Formula-1"dəki iki mövsümdən sonra məni hələ qarşıda çox şey gözləyir".

Qeyd edək ki, Oskar Piastri həm Bakıdakı yarışda, həm də Macarıstan Qran-prisində qalib olub. O, mövsümü fərdi sıralamada dördüncü pillədə başa vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью