Oskar Piastri Las Veqas Qran prisində start mövqeyini itirəcək

19.11.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Maklaren” komandasının avstraliyalı pilotu Oskar Piastri “Formula-1” üzrə Las-Veqas Qran-prisində start düzülüşündə 10 yer itirəcək. Buna səbəb güc qurğusunun etibarlılığı ilə bağlı yaranan texniki problemlər üzündən daxiliyanma mühərrikinin dəyişdirilməsidir.

İdman.Biz xəbər verir ki, “Formula-1”in rəsmi saytına istinadən, komanda mövsüm ərzində Piastrinin bolidində beşinci mühərriki quraşdırmağa məcbur olub. Halbuki qaydalara əsasən, pilotun mövsüm ərzində istifadə edə biləcəyi mühərrik sayı dörd ilə məhdudlaşır. Limitin aşılması avtomatik olaraq start düzülüşündə 10 yer itirilməsi ilə nəticələnir.

Bununla belə, “Maklaren”də Las-Veqas trasının xüsusiyyətlərinin, o cümlədən uzun düzlüklərin və ötmə imkanlarının Piastriyə yarış zamanı itirdiyi mövqeləri geri qaytarmağa kömək edəcəyinə ümid edirlər.

Mühərrikin məcburi dəyişdirilməsi ilə yanaşı, komandanın hər iki pilotu - Piastri və Lando Norris “Mercedes” istehsalı olan təkmilləşdirilmiş turbokompressorlardan istifadə edəcəklər. Bu dəyişiklik əlavə cərimə ilə nəticələnməyəcək.

“Maklaren” komandası mərhələyə yenilənmiş döşəmə və digər aerodinamik yeniliklərlə də qatılacaq. Komanda Konstruktorlar Kubokunda üçüncü yer uğrunda “Red Bull”la mübarizə aparır və rəqibindən 17 xal geri qalır.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью