Oskar Piastri Şanxay Qran prisinin rekordunu yenilədi

22.03.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"McLaren" komandasının təcrübəli pilotu Oskar Piastri Lyuis Hemiltonun Şanxay Qran-prisindəki rekordunu yeniləyib.

Oxu.Az xəbər verir ki, Lyuis Hemilton daha öncə Sebastyan Fettelin 2018-ci il Çin Qran-prisinə vəsiqə verən yarış zamanı ən yaxşı 1:31,095 göstəricisini yeniləyərək dövrəni 1:30.849-da tamamlayıb. Bu gün keçirilən sprint yarışında isə "McLaren"in pilotu Lando Norris nailiyyəti daha da yaxşılaşdıraraq 1.30.787 göstərici ilə rekordu yeniləyib. Daha sonra Oskar Piastri öz komanda yoldaşının rekordunu daha da yaxşılaşdıraraq 1.30.641 göstəriciyə imza atıb.

Qeyd edək ki, Şanxay Qran-prisindəki əsas yarış martın 23-də baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью