Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hollivud aktyoru Timoti Şalame tarixi rekordunu yeniləyib.
Axşam.az xəbər verir ki, o, "Oskar" nominasiyasına adını 3-cü dəfə yazdıran ən gənc aktyor olub. 30 yaşlı Şalame bu uğuru "Möhtəşəm Marti" filmindəki "Ən yaxşı aktyor" nominasiyası ilə əldə edib.
Qeyd edək ki, Şalame daha əvvəl eyni kateqoriyada 2018-ci ildə "Məni adımla çağır" və 2025-ci ildə "Tam naməlum" filmi ilə nominasiyaya layiq görülüb.
Bu status daha əvvəl mərhum aktyor Marlon Brandoya məxsus idi. O, 1952-ci ildə "Arzu tramvayı", 1953-cü ildə "Viva, Zapata!" və 1954-cü ildə "Yuli Sezar" filmləri ilə bu kateqoriyada qalib olub. Marlon Brando ilk "Oskar"ını 1955-ci ildə alıb. Mükafat ona "Sahildə" filmindəki roluna görə verilib. O, 1 iyul 2004-cü ildə 80 yaşında ağciyər fibrozundan vəfat edib.