“Oskar”a namizədlər açıqlanıb | Icma.az
Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kino Sənətləri və Elmləri Akademiyası 2024-cü il üçün “Oskar” mükafatına namizədləri açıqlayıb.
“Report” xəbər verir ki, 97-ci mükafatlandırma mərasimi martın 2-də “Dolby Theatre”də baş tutacaq.
Ən yaxşı film: “Anora”, “Brutalist”, “Bob Dilan: Naməlum”, “Konklav”, “Dyun 2”, “Emiliya Peres”, “Mən hələ də buradayam”, “Nikel oğlanlar”, “Substansiya”, “Pis: Qərbin ifritəsi haqqında nağıl”.
Ən yaxşı rejissor: Şon Beyker – “Anora”, Breydi Korbet – “Brutalist”, Ceyms Menqold – “Bob Dilan: Naməlum”, Jak Odiar – “Emiliya Peres”, Korali Farca – “Substansiya”.
Ən yaxşı kişi rolu: Edrian Broudi – “Brutalist”, Timoti Şalame – “Bob Dilan: Naməlum”, Kolman Dominqo – “Sinq Sinq”, Reyf Fayns – “Konklav”, Sebastyan Sten - "Şagird: Trampın yüksəlişi”.
Ən yaxşı qadın rolu: Sintiya Erivo – “Pis: Qərbin ifritəsi haqqında nağıl”, Karla Qaskon – “Emiliya Peres”, Mayki Medison – “Anora”, Demi Mur – “Substansiya”, Fernanda Torres – “Mən hələ də buradayam”.
Ən yaxşı orijinal ssenari: “Anora”, “Brutalist”, “Əsl ağrı”, “5 sentyabr”, “Substansiya”.
Tam oxu
Xəbəri oxu