“Oskar”ın aparıcısı o olacaq

16.11.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

97-ci “Oscar” mükafatları mərasiminin aparıcısı prodüser, komediya ustası və “Emmi” mükafatı laureatı Konan O'Brayen olacaq.

“Qafqazinfo” “The New York Times”a istinadən xəbər verir ki, bu barədə Kino Sənəti və Elmləri Akademiyası məlumat yayıb.

O, tədbiri təklikdə aparacaq.

Bundan əvvəl Cimmi Kimmel iki il ardıcıl olaraq “Oskar”ın aparıcısı olub.

Qeyd edək ki, mükafatlandırma mərasimi 2 mart 2025-ci ildə ənənəvi “Dolby” teatrında (Los-Anceles) keçiriləcək. Əsas namizədlər yanvarda açıqlanacaq.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью