“Oskar”lı Qodzilla yenidən ekranda

29.08.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

2023-cü ildə böyük uğur qazanan “Godzilla Minus One” filminin davamı olan “Godzilla Minus Zero”nun yeni pərdəarxası görüntüləri təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki, yeni ekran işinin rejissoru yenə Takaşi Yamazakidir.

"Toho" və "IMAX" tərəfindən yayımlanan görüntülərdə Yamazakinin çəkiliş meydançasında aktyor və texniki heyətlə işlədiyi anlar əks olunub. Bildirilir ki, “Godzilla Minus Zero” tamamilə IMAX formatı üçün çəkilən ilk Yapon bədii filmi olacaq.

Pərdəarxası videoda Takaşi Yamazaki komandasının əvvəlki filmdən daha böyük və daha təsirli ekran işi yaratmağa qadir olduğuna inandığını bildirib.

Yeni filmin hadisələri 1949-cu ildə, “Godzilla Minus One”da baş verənlərdən iki il sonra cərəyan edəcək.

Qeyd edək ki, “Godzilla Minus One” Qodzilla seriyasının Yaponiyada istehsal olunan 30-cu filmi olub və dünya üzrə 110 milyon dollardan çox gəlir əldə edib.

Film 50-dən artıq müxtəlif mükafat qazanıb, eyni zamanda “Ən yaxşı vizual effektlər” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.

Bu uğurdan sonra "Toho" şirkəti davam filminin hazırlanacağını açıqlayıb. Takaşi Yamazaki yeni layihədə həm rejissor, həm də ssenarist kimi fəaliyyətini davam etdirir.

“Godzilla Minus Zero” filminin dünya premyerası 26 sentyabr 2026-cı ildə Nyu-York Film Festivalında keçiriləcək. Ekran işi Yaponiyada 3 noyabrda, Türkiyədə isə 6 noyabr 2026-cı ildə nümayiş olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью