Öskürək siropu 21 uşağın həyatına son qoydu Hindistanda dəhşət

09.10.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Hindistanın Madxya Pradeş əyalətində öskürək siropu 21 uşağın həyatına son qoyub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ölümlər nümunələrində zəhərli maddələrin olduğu aşkarlanan öskürək siropu "Coldrif"in istehlakı ilə bağlıdır.

Bunun fonunda, əyalət polisi "Coldrif" öskürək siropunun istehsalçısı "Sresan Pharmaceuticals"ın sahibini həbs edib. Onun həbsindən sonra şirkət həmişəlik bağlanıb.

Müəssisədə aparılan yoxlama zamanı sirop nümunələrində qətran, boya, lak, mürəkkəb və yapışqan istehsalında istifadə olunan toksik komponent dietilenqlikol aşkar edilib. Şirkətin dərman vasitəsinə icazə verilən 0,1% həddi əvəzinə 46-48% zəhərli maddə əlavə etdiyi müəyyən edilib.

Gülayə Mecid


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью