Osloda atəşfəşanlıq zamanı 30 nəfər xəsarət alıb

06.07.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Norveçdə 2026-cı il FIFA Dünya Kubokunun 1/8 final mərhələsindəki qələbəsini qeyd etmək üçün keçirilən atəşfəşanlıq nəticəsində təxminən 30 nəfər xəsarət alıb.

Bakıvaxtı.az "Nettavisen qəzetinə istinadən xəbər verir ki, Norveç 1/8 final mərhələsində beşqat dünya çempionu Braziliyanı 2-1 hesabı ilə məğlub edərək ilk dəfə Dünya Kubokunun 1/4 finalına yüksəlib.

 Qələbəni qeyd etmək və atəşfəşanlığı izləmək üçün təxminən 100 000 insan Oslonun əsas meydanını doldurub. 

Lakin atəşfəşanlıq zamanı baş verən hadisə nəticəsində 30 nəfər yaralanıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, yaralı 30 nəfər şəhərin təcili yardım şöbələrinə aparılıb. Oslo polisi bütün xəsarətlərin yüngül olduğunu bildirib.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью