Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Norveçin paytaxtı Osloda Ukrayna Prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff arasında görüş başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə UNIAN agentliyi məlumat yayıb.
Daha sonra danışıqlara Norveçin baş naziri Yonas Qar Störe və Finlandiya Prezidenti Aleksandr Stubbun qoşulacağı gözlənilir.
Ukrayna nümayəndə heyətinin tərkibində həmçinin Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov, onun müavinləri Sergey Kislitsa və Pavel Palisa, eləcə də Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov var.