“Osman əmi, artıq sən bir şəhid atasısan...” Video

12.11.2025

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarənin Gürcüstanda qəzaya uğraması nəticəsində həlak olan hərbçilərdən biri də 37 yaşlı Emrah Kurandır.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə KİV-də baş gizirin ailəsinə onun şəhid olduğu xəbərinin verildiyi anın videosu yayılıb.

Atasına onun şəhid xəbəri belə verilib: “Osman əmi, artıq sən bir şəhid atasısan...”

Qeyd edək ki, E.Kuran evlidir, 3 övladı var.

Xatırladaq ki, ötən gün Gürcüstanda Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 20 hərbçi həlak olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью