Osman Sınav “Qurdlar Vadisi”ndən buna görə ayrılıbmış

15.09.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2025-ci ildə vəfat edən məşhur rejissor Osman Sınavın “Qurdlar Vadisi” layihəsindən niyə ayrıldığı bəlli olub.

Kult.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Kaşif Kozinoğlu istintaqı çərçivəsində ifadə verən Raci Şaşmaz danışıb.

Onun sözlərinə görə, Osman Sınav müəyyən zaman ssenari ilə bağlı müəyyən fikir və tövsiyələr vermək istəyib.

Lakin Şaşmaz bunu məqsədəuyğun hesab etmədiyi üçün qəbul etməyib.

İfadəsində Şaşmaz bildirib ki, bundan sonra Osman Sınav ona təhdidlər aldığını, uşaqlarının olduğunu və layihədən ayrılmaq istədiyini deyib.

O, Sınavın “Qurdlar Vadisi”ndən ayrılmasının da bu şəkildə baş verdiyini iddia edib.

Qeyd edək ki, 20 mart 2025-ci ildə vəfat edən Osman Sınav iştirak etdiyi televiziya proqramlarının birində “Qurdlar Vadisi”nin rejissorluğunu niyə dayandırdığı ilə bağlı suala belə cavab vermişdi: “Bu, mənimlə birlikdə sirr kimi məzara gedəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью