Osminoqun başını kəsdik, indi də qollarını əzirik Nazir

03.03.2026

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Biz İran osminoqunun başını kəsdik və indi də onun qollarını əzirik.

"Unikal" xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yisrael Katz X sosial media platformasında yazıb. 

"Donald Tramp və Benyamin Netanyahunun rəhbərlik etdiyi ABŞ və İsrailin birgə hücumunun misli görünməyıb. Hərbi Hava Qüvvələrimiz dünən gecə Tehrandakı hökumət hədəflərinə qarşı yüksək intensivlikli zərbələr endirib və İran ərazisindəki raket buraxılış imkanlarına və strateji hədəflərə zərər verib.

Bu əməliyyat İran hökumətinin imkanlarını məhv etmək, İsrailin daxili cəbhəsini və regiondakı Amerika qüvvələrini qorumaq, İslam Respublikasının nüvə silahları və raketlərinin kütləvi istehsalı yoluna qayıtmasının qarşısını almaq və İran xalqının hökumətə qarşı hərəkətə keçməsi üçün şərait yaratmaq məqsədi daşıyır", - deyə o qeyd edib.

Ağarza Elçinoğlu 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью