Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Fənərbağça"dan ayrılması gözlənilən Ceyden Ostervoldenin "Roma"ya transferi baş tutmayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Corriere dello Sport" yayıb.
Məlumata görə, ətraflı tibbi müayinələrdən sonra Ostervoldenin "canavarlar"a keçidi mümkün olmayıb.
Tibbi yoxlanışlar üçün İtaliyada olan 25 yaşlı müdafiəçinin yaşıl meydanlara qayıtması üçün gözləniləndən daha uzun bir bərpa müddəti tələb olunur və buna görə də paytaxt təmsilçisinin oyunçunun fiziki vəziyyətinə uyğunlaşdırılmış yeni bir təklif irəli sürdüyü qeyd olunub.
Təklif olunan sövdələşməyə ilkin ödənişsiz icarə və müəyyən sayda oyunda iştirakla şərtləndirilmiş məcburi satın alma prinsipi daxil idi, lakin "sarı-lacivərdlilər"lə razılıq əldə edilə bilmədiyi üçün transfer baş tutmayıb.
Bu hadisələrdən sonra 25 yaşlı müdafiəçinin "Fənərbağça"ya geri dönəcəyi açıqlanıb.
2023-cü ildə "Parma"dan İstanbul klubuna keçən Ostervolde komandanın heyətində çıxış etdiyi 112 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli