Ostin Ukrayna münaqişəsində Rusiyanın üstünlüyünü qeyd edir

09.01.2025

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna münaqişəsində Rusiyanın “müəyyən üstünlüyünə” malik olduğunu qeyd edib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə "Bloomberg"ə müsahibəsində bildirib.

“Belə bir fikir var ki, burada tonu Rusiya müəyyən edir və bütün üstünlüklərə malikdir. Onun bəzi üstünlükləri var, lakin o, tamamilə dominant deyil”, - deyə Ostin qeyd edib.

Müdafiə naziri bu gün Almaniyanın Ramşteyn aviabazasında Ukraynaya silah tədarükü üzrə koordinasiya üzrə Qərb qrupunun 25-ci iclasına sədrlik edəcək.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью