Otar Abuladze Bakıdakı dünya çempionatı barədə: Turnirdə güclü rəqiblər yer alıblar

27.05.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycanda keçirilən Minifutbol üzrə Dünya Çempionatı iştirakçılar tərəfindən yüksək qiymətləndirilir. Yəqin ki, bu, indiyə qədər keçirilmiş ən yaxşı minifutbol turniridir".

Bunu Oxu.Az-a açıqlamasında Gürcüstan Minifutbol Assosiasiyasının icraçı direktoru Otar Abuladze deyib.

O qeyd edib ki, çempionatda güclü rəqiblər yer alıblar:

"Mən azərbaycanlı təşkilatçılara təşəkkür etmək istəyirəm. Çünki minifutbolun dünyada tanıdılması baxımından böyük bir təşviqdir və belə bir turnirin keçirilməsi çox vacib idi".

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью