Otel pərdəsini açanda gördükləri mənzərə hamını mat qoydu VİDEO

03.10.2025

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

İngiltərənin Blackpool şəhərində bir ailə otelə yerləşərkən gözlənilməz mənzərə ilə qarşılaşıb. Otağa daxil olduqdan sonra pərdələri açan ailə, pəncərələrin birbaşa stadionun içərisinə baxdığını görəndə şoka düşüb.

Bu qeyri-adi görüntü qısa zamanda sosial şəbəkələrdə paylaşılaraq minlərlə bəyənmə və şərh toplayıb.

Ailə adi bir otel otağı gözlədiyi halda, pəncərələrin stadionun tribuna hissəsinə baxdığını görüb. Bu maraqlı mənzərə həm ailəni, həm də videonu izləyənləri təəccübləndirib.

Həmin görüntüləri təqdim  edirik:
Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью