Otel tikintisində yanğın: 6 işçi ölüb, 7 yaralı var Yüzdən çox işçi xilas olunub

16.02.2025

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cənubi Koreyanın Busan şəhərində otelin tikintisində güclü yanğın baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, məlumata görə,nəticədə 6 işçi ölüb, 7 nəfər yaralanıb.

"Yonhap" xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib: "Otelin birinci mərtəbəsində izolyasiya materialı bəlli olmayan səbəbdən alışıb. Nəticədə qarşısıalınaz alov 6 işçinin ölümünə, 7 nəfərin isə yaralanmasına səbəb olub. Yüzdən çox işçi isə xilas edilib".

Faktla bağlı araşdırma gedir.

Firudin Səfərli
MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью