Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
BƏƏ-nin paytaxtı Əbu-Dabidə MMA döyüşçüləri arasındakı insidentlə bağlı məhkəmə qərarı bəlli olub.
Axar.az xəbər verir ki, UFC çempionu Merab Dvalişviliyə otelin foyesində hücum edən Usman Nurmaqomedov və komandası 300 min BƏƏ dirhəmi ilə cərimələnib və ölkədən deportasiya edilmələrinə qərar verilib.
Digər 2 nəfər isə ictimai asayişi pozmaq və başqalarına fiziki xəsarət yetirmək ittihamı ilə hərəsi 50 min dirhəm cərimə olunub.
Merab Dvalişvili və dostu Saba isə sərbəst buraxılıblar.
Qeyd edək ki, insident noyabrın 11-də Əbu-Dabidə, RAF turniri öncəsi media tədbiri zamanı otellərdən birinin foyesində baş verib. Dvalişvili onun və dostunun təxminən 20 nəfərlik qrupun hücumuna məruz qaldığını bildirib.