Oteldə məşhur idmançılar arasında kütləvi dava Video

12.11.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Oteldə məşhur idmançılar arasında kütləvi dava - Video

Rusiyalı MMA döyüşçüsü Usman Nurmaqomedovla UFC-nin sabiq çempionu Merab Dvalişvili arasında kütləvi dava baş verib.

QOL.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə noyabrın 11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidəki otellərdən birində yaşanıb.

Məlumata görə, gürcüstanlı döyüşçü müsahibə verərkən Nurmaqomedov bir qrup şəxslə ona yaxınlaşıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə rusiyalı idmançının Dvalişvilinin üzünə sillə vurduğu, bundan sonra isə kütləvi davanın başladığı görünür.

Hadisədən sonra Dvalişvili üzü qanlı vəziyyətdə video yayımlayıb. O, Nurmaqomedov və yanındakı şəxslərin ona hücum etdiyini bildirib. Gürcüstanlı idmançı davada Usmanın qardaşı Umar Nurmaqomedovun da iştirak etdiyini iddia edib. 

UFC çempionu İslam Mahaçev isə Nurmaqomedovu müdafiə edib. O, münaqişənin Dvalişvilinin daha əvvəl dağıstanlı güləşçini vurması ilə başladığını bildirib.

TASS agentliyinin məlumatına görə, Nurmaqomedov və davanın digər iştirakçıları hadisənin araşdırılması məqsədilə saxlanılıblar. Bununla belə, Abu-Dabi polisi saxlanılma barədə hələlik rəsmi açıqlama verməyib.

Qeyd edək ki, Dvalişvili noyabrın 14-də Abu-Dabidə keçiriləcək RAF turnirində Marlon Moraeslə qarşılaşmalıdır. Umar Nurmaqomedovun isə həmin turnirdə Yurayya Feyberlə görüşü nəzərdə tutulub.

Посмотреть эту публикацию в Instagram

Публикация от QOL.az - Football/sports news (@qolaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью