Ötən ay 104 zəhərlənmə halı qeydə alındı 5 nəfər ölüb

02.04.2025

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mart ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 104 nəfər qəbul edilib.

Mərkəzdən Sfera.az-a verilən məlumata görə, 48 nəfər dərmandan, 23 nəfər sirkə turşusundan, 4-ü spirtli içkidən, 2-si qidadan, 14 nəfər dəm qazından, 6 nəfər fosfor üzvi birləşmələrdən zəhərlənmə ilə, 5 nəfər allergik reaksiya, 1 nəfər anafilaktik şok, 1 nəfər ilan sancması səbəbi ilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5 nəfərin (4 kişi cinsli, 1 qadın cinsli) ölüm faktı qeydə alınıb.

Ölüm səbəbləri sirkə turşusu, allergik reaksiya, dəm qazı və spirtli içki zəhərlənmələri kimi qeyd olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью