Ötən ay 268 mln. dollarlıq qeyri neft məhsulu ixrac edilib

11.02.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 9% artaraq 268,4 milyon ABŞ dolları təşkil edib.

“APA-Economics” bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, 2026-cı ilin yanvar ayında aqrar məhsullar üzrə ixrac 32,6% artaraq 85,7 milyon ABŞ dolları, aqrar sənaye məhsulları üzrə ixrac 21,9 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 23,8% artaraq 107,6 milyon ABŞ dolları təşkil edib.

Yeyinti məhsulları üzrə ixrac 22,6% artaraq 103 milyon ABŞ dollarına bərabər olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью