Ötən ay 28 aptekdə yoxlama aparılıb

05.11.2024

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, bu ilin oktyabr ayı ərzində 28 aptekdə yoxlama aparılıb. 26 aptekdə planlı, 2 aptekdə isə plandankənar təftiş keçirilib.

Aparılan yoxlamalar nəticəsində 2 aptekdə nöqsanlar aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 452.3 maddəsi üzrə protokollar tərtib edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью