Ötən ay 28 aptekdə yoxlama aparılıb: İkisində nöqsan aşkarlanıb

05.11.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi oktyabr ayı ərzində 28 aptekdə yoxlama aparıb.

Bu barədə Mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, Bakı şəhəri üzrə 27, respublikanın digər şəhər və rayonlarında isə bir aptek olmaqla, 26 aptekdə planlı, 2 aptekdə plandan kənar təftiş aparılıb. Yoxlamalar zamanı 2 aptekdə nöqsanlar aşkarlanıb.

Məlumatda bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 452.3 maddəsi üzrə protokollar tərtib edilib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью