Ötən ay 37 aptekdə yoxlama aparılıb

03.10.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 3 oktyabr, AZƏRTAC

Bu ilin sentyabr ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 37 aptekdə yoxlama həyata keçirilib.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, həmin yoxlamalardan 9-u Bakıda, 28-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Aparılmış yoxlamalar nəticəsində 8 müxtəlif nöqsan aşkarlanıb və həmin hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin beş maddəsi üzrə 11 protokol tərtib edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью