Ötən ay 374 mina və 1364 partlamamış hərbi sursat zərərsizləşdirilib

02.02.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 2026-cı ilin yanvar ayında minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 337, tankəleyhinə 37 mina və 1364 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin 1 738,3 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью