Ötən ay 38 aptekdə yoxlama keçirilib, dördündə nöqsanlar aşkarlanıb

04.06.2025

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) may ayında 38 aptekdə planlı yoxlama keçirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Mərkəz məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin may ayı ərzində, Bakı şəhəri üzrə 12, digər şəhər və rayonlarda isə 26 aptek olmaqla, ümumilikdə 38 aptek planlı təftiş olunub.

Yoxlamalar zamanı dörd aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью