Ötən ay 381 mina aşkarlanıb

01.05.2025

Icma.az, Azvision saytına istinadən bildirir.

ANAMA-dan AzVision.az -a verilən məlumata görə, azad olunan ərazilərdə aprel ayı ərzində 79 tank əleyhinə mina, 302 piyada əleyhinə mina, 3047 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 6365.7 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью