Ötən ay 640 mina və 5 min 286 partlamamış hərbi sursat zərərsizləşdirilib

01.10.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 1 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən sentyabr ayında icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 522, tankəleyhinə 118 mina və 5 min 286 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin 5622.9 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью