Ötən ay 94 nəfər zəhərlənib, 4 ü ölüb

02.09.2025

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 94 nəfər qəbul edilib.

BAKU.WS xəbər verir ki, bu barədə KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

Onun sözlərinə görə, şöbəyə qəbul edilən pasiyentlərdən 30 nəfər dərmandan, 37-si sirkə turşusundan, 5-i həlledici məhluldan zəhərlənən şəxslərdir.

"Həmçinin 13 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib", - o vurğulayıb.

Məlumata əsasən, zəhərlənən şəxslərdən 4-ü (2 qadın, 2 kişi) vəfat edib. Ölüm halları sirkə turşusu zəhərlənmələrindən qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью