Ötən ay 98 aptekdə yoxlama aparılıb

04.03.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 4 mart, AZƏRTAC

Bu ilin fevral ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 98 aptekdə yoxlama keçirib.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, həmin yoxlamalardan 23-ü Bakıda, 75-i isə respublikanın digər şəhər və rayonlarındakı apteklərdə aparılıb.

Yoxlamaların 77-si planlı, 20-sı plandankənar, 1-i isə yoxlmadankənar olub.

Aparılmış yoxlamalar nəticəsində 31 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb və həmin pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.1, 452.3 və 452.4-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью